II Dünya müharibəsində əsir düşən azərbaycanlı vəfat etdi: meyiti yandırıldı FOTO


Digərləri 14 Dek 2017 11:26:00 335 0

II Dünya müharibəsində əsir düşən azərbaycanlı vəfat etdi: meyiti yandırıldı  FOTO

İsveçrədə yaşayan azərbaycanlının doğulduğu Naxçıvanda dəfn olunması ilə bağlı vəsiyyətinə baxmayaraq meyiti yandırılıb.

Son.az report-a istinadən xəbər verir ki, İsveçrə vətəndaşı olan 97 yaşlı Hacı Cəfərov müalicə aldığı Bazel Dövlət Xəstəxanasında dünyasını dəyişib.

O, ölümündən əvvəl Azərbaycanda, valideynlərinin yanında dəfn olunması ilə bağlı vəsiyyət edib. Amma İsveçrədəki Türk İcmasının və mərhumun dostlarının-yaxınlarının təşkilatçılığına və bütün cəhdlərinə baxmayaraq oğlu Retto Cəfərov onun cənazəsinin Azərbaycana göndərilməsinə icazə verməyib. O, atasının meyitinin yandırılmasına qərar verib.


Xəbərə aid fotolar