ABŞ dünyanın ən böyük səfirliyini tikdi VİDEO FOTO


Digərləri 14 Dek 2017 11:17:00 242 0

ABŞ dünyanın ən böyük səfirliyini tikdi  VİDEO  FOTO

ABŞ dünya ölkələrindəki ən böyük diplomatik nümayəndəlik binasını Britaniyanın paytaxtında inşa etdirib.

Son.az Daily Mail-ə istinadən bildirir ki, bina 1 milyard dollara başa gəlib.

12 mərtəbəli binada səfirliyin təqribən 800 əməkdaşı çalışacaq. Onlar gündə təxminən 1000 nəfərə xidmət göstərə biləcəklər.

ABŞ-ın Britaniyadakı səfiri Vudi Consonun dediyinə görə, prezident Tramp səfirlik binasının təntənəli açılış mərasiminə qatılmaq üçün fevralın 26-27-də Britaniyaya səfər edə bilər.

Londonun cənubunda, Meyfeyr səmtində yerləşən səfirlik binasının layihəsi ilə bağlı 2008-ci ildə müsabiqə elan olunmuşdu. 2010-cu ildə isə bəyan olundu ki, ABŞ-ın Filadelfiya şəhərində yerləşən, Stiven Kiranın və Ceyms Timberleykin rəhbərlik etdikləri "KieranTimberlake" memarlıq bürosu müsabiqədə qalib gəlib.

Səfirlik binasına Londona əla mənzərələrin açıldığı dairəvi bar da var.