Mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları vergidən azad olunur


Digərləri 14 Dek 2017 11:04:29 167 0

Mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları vergidən azad olunur

Bununla bağlı Vergi Məcələsində dəyişiklik edilir

Azərbaycana mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğuları vergidən azad olunur.

“Report”un xəbərinə görə, bununla bağlı Vergi Məcələsində dəyişiklik edilir.

Belə ki, məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə yeni bənd- 164.1.38-ci bəndi əlavə edilir.

Bu bənd mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.