Səmada lüks otaqdakı təki uçuş kefi


Digərləri 14 Dek 2017 10:32:00 254 0

Səmada lüks otaqdakı təki uçuş kefi

YouTube-da ən populyar vloqerlərdən biri olan Keysi Neystat Yaxın Şərqin ən böyük aviaşirkəti olan "Emirates Airlines"ın 1-ci dərəcəli uçuş bileti yeri barədə video paylaşıb.

Son.az bildirir ki, "Emirates"də bu 1-ci klaslı biletin dəyəri 9 min dollardır.

Təyyarədə kapsul formasında olan yer, sanki, kiçik, birotaqlı mənzildir. Bu bileti alan sərnişinə maksimum rahatlıq, lüks uçuş, habelə 32 düym ekranlı iki televizoru seyr etmək və iPad-dan yararlanmaq təklif olunur.

3,7 kvadrat metrlik yerdə oyun konsolları da var.


Xəbərə aid fotolar