2 otaqlı ev yanıb, ölən var


Digərləri 13 Dek 2017 22:31:00 266 0

2 otaqlı ev yanıb, ölən var

Biləsuvar rayonu, Zəhmətabad kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı ev sahibi 1969-cu il təvəllüdlü Kazımov Həsən Bayram oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar edilib.