Məşhur astroloqdan 2018ci il üçün dəhşətli proqnozlar


Dünya 13 Dek 2017 19:24:00 230 0

Məşhur astroloqdan 2018ci il üçün dəhşətli proqnozlar

Bu günə qədər bir çox təxmini doğru çıxan türkiyəli astroloq Aslı Güder 2018-ci il üçün də proqnozlar verib.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, Aslı Güder 2017-ci il üçün bir çox təxminlər irəli sürmüş və bu proqnozlar düz çıxmışdı. 

Aslı Güderin 2017-ci il proqnozları: 

- Türkiyədə 3 böyük şəhərin bələdiyyə sədri dəyişəcək - Londonda yanğın və terror hadisələrini böyük ekranlardan izləyəcəyik

- İŞİD Yaxın Şərqdən Afrikaya istiqamət götürəcək

- Türkiyə hökümətində 4 nazir vəzifədən gedəcək, gözlənilməyən təyinatlar olacaq

- 2017-ci ildə İstanbulda proqnozlaşdırılan zəlzələlər baş verməyəcək

- Sənət və siyasət aləmində jurnalistlərin belə yaza bilməyəcəyi qalmaqallar olacaq

- Sevgi üzərində qurulmayan münasibət və nikahlar sonlanacaq

Aslı Güderin 2018-ci il üçün proqnozlarını təqdim edirik:

- 2018-ci ildə 3-cü dünya müharibəsi başlamayacaq, lakin daha pis terror hadisələri baş verəcək - İŞİD Avropada nəqliyyat vasitələri ilə dəhşətli qətliamlar törədəcək

- Dünya iqtisadiyyatında ciddi hadisələr baş verəcək. Nəhəng şirkətlərdən biri batacaq

- Qlobal istiləşmə terror qədər çox insanın ölümünə səbəb olacaq. Şimal yarımkürəsində sahil şəhər və qəsəbələri su basacaq