Bakıda məhbus naməlum şəraitdə öldü


Digərləri 13 Dek 2017 18:10:00 173 0

Bakıda məhbus naməlum şəraitdə öldü

Bakıda cəzaçəkmə müəssisəsində ölüm olub.

Son.az APA-ya istinadən xəbər verir ki, Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mürsəlov Fərhad Zeynal oğlu dünyasını dəyişib.

Hadisə yerinə Qaradağ rayon Prokurorluğunun əməkdaşları çıxıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq ekspertizalar təyin edilib.