Cocuq Mərcanlıda 11 partlamamış hərbi sursat tapıldı FOTO


Digərləri 13 Dek 2017 17:40:00 230 0

Cocuq Mərcanlıda 11 partlamamış hərbi sursat tapıldı  FOTO

Cəbrayılın Cocuq Mərcanlı kəndində 16 800 (1.68 ha) ərazi tam təmizlənmiş, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Son.az xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, əməliyyatlarda 49 nəfərlik şəxsi heyət iştirak edir.

26 gün ərzində 11 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)), 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilmiş, 486 680 kv.m (48.67 ha) ərazi tam təmizlənib, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 904 146 kv.m (90.41 ha)).


Xəbərə aid fotolar