Tanınmış aktyorun döyülmə anı VİDEO


Digərləri 13 Dek 2017 15:28:00 245 0

Tanınmış aktyorun döyülmə anı  VİDEO

"Ayrılsakta beraberiz" serialı ilə şöhrət qazanan aktyor Hakan Yılmaz və xanımı Elif Yılmaz 3 nəfər tərəfindən döyülüblər.

Son.az Hürriyet-ə istinadla bildirir ki, davanın görüntüləri yayılıb. Onlar ötən gün İstanbulun Etiler səmtindəki oteldə hücuma məruz qalıblar.

Aktyor Vural Yılmazın "Sən məni tanıyırsan?"sualına "Üzr istəyirəm, tanımıram" sözlərinə görə döyülüb. Vural "Sən məni niyə tanımırsan? Səni də, arvadını da öldürərik" deyərək aktyorla xanımına hücum edib

Otelin işçiləri polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər 3 nəfəri polis bölməsinə aparıblar. Aktyor və xanımı isə xəstəxanaya aparılıblar.