Bir günə məşhurlaşan ağdamlı müəllimtələbə VİDEO


Digərləri 13 Dek 2017 14:20:00 356 0

Bir günə məşhurlaşan ağdamlı müəllimtələbə  VİDEO

Azərbaycanlı müəllim və şagirdin sinif otağındakı ifası qısa zamanda sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub. Kimisi onları iki şagird zənn etdi, kimisi isə müəllimin səsini korifey sənətkarımız Səxavət Məmmədova bənzətdi.

Real olan odur ki, video Müşfiqabad qəsəbəsində yerləşən Ağdam rayon Gülablı kənd uşaq musiqi məktəbində çəkilib. Videonu internetdə yerləşdirən isə məktəbin səs sinfi üzrə müəllimi Habil Məmmədovdur. 6 ildir ki, bu məktəbdə uşaqlara musiqi dərsi keçən müəllimin əsas məqsədi şagirdi Kamal Mustafayevin səsini daha çox insana eşitdirmək, məktəbdə necə istedadlı uşaqların dərs aldığını göstərmək olub. Ancaq videonu internetə yükləyən zaman heç müəllimin özü də bu qədər reaksiya olacağını gözləmirmiş:

"Şagirdlərimin istedadına bələdəm. Fikirləşdim ki, ətrafımdakı şəxslər də necə istedadlı uşaqların olduğunu görsün, Kamalı dinləsinlər. Ancaq videonun bu qədər tez bir zamanda yayılacağını, məşhurlaşacağını gözləmirdim. Sadəcə Kamal yox, sinfimizdə xeyli istedadlı şagird var. Gələcəkdə onların istedadının itib batmasını istəmirəm".

Musiqi məktəbinda daha çox məcburi küçkün ailələrinin övladları təhsil alır. Onlar Ağdam torpağında böyüməsələr də, oxuduqları hər avazda Qarabağın səsini ötürürlər. 

Son.az qafqazinfo-ya istinadən musiqi məktəbinin səs sinfindən hazırladığı reportajı təqdim edir:


Xəbərə aid fotolar