Mahmud Abbas: “İsrailin sərhədləri mövcud olmadığı halda necə dövlət kimi tanınır”


Dünya 13 Dek 2017 13:44:09 251 0

Mahmud Abbas: “İsrailin sərhədləri mövcud olmadığı halda necə dövlət kimi tanınır”

Fələstin rəhbəri: “İsrailin Fələstin Azadlıq Təşkilatını terrorçu qruplaşma kimi tanımasını qınayırıq”

“İsrail BMT-nin Fələstinlə bağlı qətnamələrinə indiyədək əməl etməyib”.

“Report” xəbər verir ki, bunu Fələstin dövlətinin başçısı Mahmud Abbas İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə zirvə toplantısında bildirib.

“İsrailin Fələstin Azadlıq Təşkilatını terrorçu qruplaşma kimi tanımasını qınayırıq", -deyə o, vurğulayıb. 

M.Abbas deyib ki, İsrail dövlətinin sərhədləri mövcud deyil: "İsrailin sərhədlərini mənə göstərin. Bu dövlətin sərhdələri yoxdur. Sərhədi olmayan bir dövlət necə tanına bilər?”.