Akif Əlizadə: "Elmi məktəb alimin yetişməsi üçün olduqca vacibdir"


Digərləri 13 Dek 2017 12:13:00 257 0

Akif Əlizadə: "Elmi məktəb alimin yetişməsi üçün olduqca vacibdir"

Elmi məktəb alimin yetişməsi üçün olduqca vacibdir.

Son.az Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə akademik Əşrəf Hüseynovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbirdə çıxışında deyib.

O qeyd edib ki, Rusiya riyazi məktəbi olduqca böyük məktəb olub: "Əşrəf Hüseynov həmin məktəbin böyük azərbaycanlı alimi olub. Alimin əsas tədqiqatları inteqral tənliklər və onların tətbiqi olub. Onun əldə etdiyi fundamental nəticələr inteqral tənliklər nəzəriyyəsində dönüş yaradıb".