Ehtiyacı olan xəstələrə meyit orqanlarından istifadə etmək üçün konsepsiya hazırlanır


Digərləri 13 Dek 2017 11:41:00 173 0

Ehtiyacı olan xəstələrə meyit orqanlarından istifadə etmək üçün konsepsiya hazırlanır

Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na isə qaraciyər köçürülüb.

Bakı. İlhamə İsabalayeva - Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na isə qaraciyər köçürülüb. Trend-in məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi mətbuat konfransında deyib. O qeyd edib ki, xəstələrin 22 faizi uşaqlardır: "Ən kiçiyinin 5 yaşı var. Bu il əməliyyatdan sonra ölən xəstə olmayıb. Təəssüf ki, xəstələrin sayı artsa da, donorların sayı az və tərs mütənasibdir. Donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir".