İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı başladı


Digərləri 13 Dek 2017 10:05:00 181 0

İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı başladı

Bu gün Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısı keçirilir.

Son.az APA-ya istinadən xəbər verir ki, ilk olaraq, İTƏ-ə üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı təşkil olunub. Tədbirə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb.

Daha sonra üzv ölkələrin dövlət başçılarının görüşü keçiriləcək.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.