TEDxUNEC konfransı: "Çərçivədən kənar"


Digərləri 13 Dek 2017 10:01:00 215 0

TEDxUNEC konfransı: "Çərçivədən kənar"

Dekabrın 15-də növbəti TEDxUNEC konfransı keçiriləcək.

Bakı. Dekabrın 15-də növbəti TEDxUNEC konfransı keçiriləcək. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, “Çərçivədən kənar” mövzusuna həsr olunan konfransda ölkənin təhsil, tibb və mədəniyyət sahəsinin tanınmış simaları məruzələrlə çıxış edəcək. TEDxUNEC-də Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Təhsilin gələcəyi – gələcəyin təhsili”, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” və Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev “Kardiocərrahın ürəyindən keçənlər” mövzusu ilə bağlı fikirlərini bölüşəcəklər.