İsrail "Həmas"ın düşərgəsinə hava zərbəsi endirib


Dünya 13 Dek 2017 06:27:39 268 0

İsrail "Həmas"ın düşərgəsinə hava zərbəsi endirib

Bu addım yəhudi dövləti istiqamətində atılmış raketə cavab olaraq atılıb

İsrailin Hərbi Hava Qüvvələri (HHQ) yəhudi dövləti istiqamətində atılmış raketə cavab olaraq, "Həmas"ın Qəzza zolağının cənubunda yerləşən hərbiləşdirilmiş düşərgəsinə aviazərbə endirib.

“Report” xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrinin məlumatında bildirilir.

"İsrail HHQ Qəzza zolağından endirilən raket zərbəsinə cavab olaraq, anklavın cənubi hissəsində "Həmas"ın hərbi düşərgəsinə zərbə endirib", — deyə məlumatda qeyd olunur.