Pişik saxlamaq insanı şizofren edə bilər


Digərləri 12 Dek 2017 22:15:00 395 0

Pişik saxlamaq insanı şizofren edə bilər

ABŞ-da həyata keçirilən bir araşdırmaya görə, uşaq yaşdan etibarən pişik bəsləyən insanların yetkinlik dövründə şizofreniya xəstəliyilə üzləşmə təhlükəsi yüksəkdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, ABŞ-ın Cons Hopkins Universitetində aparılan araşdırma zamanı pişiklərdən insanlara keçən "Toksoplazma gondii" adlı parazitin insanlarda şizofreniya və bipolyar (ikiləşmə) narahatlığının da daxil olduğu psixoloji problemləri yarada biləcəyi məlum olub.   Araşdırma, uşaq yaşlarından etibarən pişik bəsləyən insanların yetkinlik dövründə şizofreniya xəstəsi olma təhlükəsinin daha yüksək olduğunu ortaya çıxarıb.   Mütəxəssislər, qeyd olunan parazitin heyvanların ifrazatları sayəsində insanlara bulaşdığını qeyd ediblər.