Allaha olan təvəkkülümüzü necə artıraq?


Digərləri 12 Dek 2017 21:40:00 271 0

Allaha olan təvəkkülümüzü necə artıraq?

Təvəkkül imanın sütunlarından biri sayılır və ona görə də imanla sıx əlaqəsi vardır.

Allaha olan təvəkkülü gücləndirmək üçün nə etməli?

1. İmanı gücləndirmək. Allaha imanımızı gücləndirən əməl və rəftarları təkrar şəkildə yerinə yetirməyə çalışaq. Xüsusilə də vacibatları qəlb hüzuru ilə yerinə yetirib, müstəhəbatları unutmamaqla.

2. Allahın haqq olduğuna yəqin əldə etmək. Son.az deyerler.org-a istinadən bildirir ki, Allaha təvəkkülü gücləndirən amillərdən biri də Allaha olan etiqadımızı yəqin səviyyəsinə gətirib çıxartmaqdır. Yəni, bu əqidədə sabitqədəm olaq.

3. Başqalarına tamahdan əl çəkmək. Əgər insan Allahdan qeyrisindən əlini üzərsə və ümidi ancaq Allaha olarsa, təvəkkülü güclənər. Əksinə, əgər insan həmişə başqalarından yardım gözləsə, bu adət halına keçər. O, insanlıq kəramətini alçatmış olar.