Fələstində üçüncü


Dünya 12 Dek 2017 21:38:00 224 0

Fələstində üçüncü

Fələstinin "Həmas" hərəkatı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra üçüncü "intifada"nın başlanıldığını elan edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə hərəkatın mətbuat katibi Əbdülatif Alkanu deyib.

"ABŞ-a qərarının ləğvi üçün təzyiq göstərmək və etirazları davam etdirmək məqsədilə üçüncü "üsyan"ın başlandığını açıqlayırıq. Qəzza zolağında "intifada"nın başlanılması ilə əlaqədar etiraz aksiyaları çoxalıb. Bu üçüncü "intifada"dır", - Alkanu bəyan edib.