Tüstüdən zəhərlənənlərin adları məlum oldu VİDEO


Digərləri 12 Dek 2017 21:06:00 285 0

Tüstüdən zəhərlənənlərin adları məlum oldu  VİDEO

Hündürmərtəbəli binanın liftində yaranan nasazlıq yanğına səbəb olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən gecə Mingəçevirdə baş verib. Doqquzmərtəbəli binanın birinci mərtəbəsindəki şaxtada başlayan alov tez bir zamanda şiddətlənib. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb. Yanğın zamanı 6 nəfər- 60 yaşlı Paket Mikayılova, 36 yaşlı Səbuhi Əhmədov, 29 yaşlı Röyal Quliyev, 25 yaşlı Nərgiz Əvəzqızı, 8 yaşlı Şahin Pənahov və 3 yaşlı Tahirə Nəcəfova tüstüdən zəhərlənərək Mingəçevir şəhər xəstəxanasına çatdırlıb. Zərərçəkənlərə tibbi yardım göstərilib. Yanğın zamanı doqquzmərtəbəli binanın 1-ci mərtəbəsindən 9-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqillərinin 30 p.m-i yanıb. Alovun mənzillərə keçməsinin qarşısı alınıb, 30-dan çox bina sakini isə təhlükəsiz əraziyə təxliyə edilib.


Xəbərə aid video