Uşaqlarda kitaba və mütaliəyə maraq təbliğ edilir (FOTO)


Digərləri 12 Dek 2017 20:26:00 222 0

Uşaqlarda kitaba və mütaliəyə maraq təbliğ edilir (FOTO)

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Binə qəsəbə Mədəniyyət Mərkəzində tanınmış uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Binə qəsəbə Mədəniyyət Mərkəzində tanınmış uşaq yazıçısı, publisist Gülzar İbrahimova ilə görüş keçirilib. Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında keçirilən bu görüş uşaqlarda kiçik yaşdan kitaba və mütaliəyə marağın artırılması məqsədini daşıyır. Tədbiri giriş sözü ilə Xəzər rayon MKS-in direktoru Elmara Məcidova açaraq G.İbrahimovanın həyat və yaradıcılığı haqqında məlumat verib. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Lətifə Məmmədova çıxış edərək uşaqların inkişafında, təhsilində belə tədbirlərin əhəmiyyətini qeyd edib, bu sahədə uşaq ədəbiyyatının xüsusi rolunu vurğulayıb.