Bakıda məcburi eniş etmiş “British Airways”in sərnişinləri Londona uçub


Digərləri 12 Dek 2017 17:40:00 234 0

Bakıda məcburi eniş etmiş “British Airways”in sərnişinləri Londona uçub

Ötən gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş etmiş “British Airways” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri Londona uçub.

Bakı. Maksim Tsurkov - Ötən gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş etmiş “British Airways” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri Londona uçub. Bu barədə Trend-ə hava limanından məlumat verilib. Aviaşirkət sərnişinləri digər təyyarə ilə göndərmək qərarına gəlib: “Təyyarə Bakıya gəldi və sərnişinləri Londona apardı. Hazırda təyyarə uçuşu həyata keçirir. Təcili eniş etmiş “Boeing-777”yə gəlincə, bu təyyarə heyət hazır olduqdan sonra Bakıdan uçacaq”. Ötən gün Bakıda Mumbay-London reysini yerinə yetirən "British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi məcburi eniş edib. Eniş kabinənin tüstülənməsi səbəbindən edilib. Boeing-777 təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 heyət üzvü olub.