Azercell-in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib (FOTO)


Digərləri 12 Dek 2017 17:44:00 217 0

Azercell-in dəstəyi ilə III Uşaq Paralimpiya İdman Oyunları keçirilib (FOTO)

Azercell Telekom MMC-nin dəstəyi və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə ökəmizdə III Uşaq Paralimpiya İdman Oyunları baş tutub.

Bakı. Azercell Telekom MMC-nin dəstəyi və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə ökəmizdə III Uşaq Paralimpiya İdman Oyunları baş tutub. "Azercell Telekom"dan Trend-ə verilən məlumata görə, dekabrın 11-də Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində keçirilən yarışda 8 regiondan 111 sağlamlıq imkanları məhdud uşaqlar 7 idman növündə 19 medal uğrunda mübarizə aparıblar. Bu dəfə idmançılarımız boccia, cüdo, üzgüçülük, qolbol, masaüstü tennis, parataekvando və əlil arabasında idman rəqsi kimi idman oyunlarında öz güclərini sınayıblar. Oyunların açılış mərasimində Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, Milli Paralimpiya Komitəsinin İlqar Rəhimov, UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin, UNİCEF-in Beynəlxalq eksperti Kolin Higgis , Gənclər və İdman Nazirliyinin, Olimpiya Komitəsinin, qeyri hökumət təşkilatlarının və nümayəndələri iştirak edib. III Uşaq Paralimpiya İdman Oyunlarının açılış və bağlanış mərasimlərində musiqili əyləncəli proqram da təşkil olunub. Qaliblər kubok, medal, diplomlarla təltif olunublar və Azercell Telecom MMC və Milli Paralimpiya Komitəsi tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.