Keçmiş MTNin vəzifəli şəxsləri: "Bizə şər atıblar"


Digərləri 12 Dek 2017 17:35:00 255 0

Keçmiş MTNin vəzifəli şəxsləri: "Bizə şər atıblar"

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az apa-ya istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən Natiq Alıyev zərərçəkmiş Nazim Quliyev epizodu üzrə ifadə verib. 

Digər təqsirləndirilən Zaur Məmmədov isə Kamal Seyfullayevin epizodu üzrə ifadə verib. 

Hər iki şəxs zərərçəkmişlərdən pul almadığını və ittihamın şər-böhtan olduğunu bildirib. 

Proses dekabrın 14-də davam etdiriləcək.