Bu prospektdə hərəkət məhdudlaşdırılır


Digərləri 12 Dek 2017 17:14:00 223 0

Bu prospektdə hərəkət məhdudlaşdırılır

Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.