Azərbaycan Silahlı Qüvvələri beynəlxalq terrorçuluqla mübarizə aparacaq


Digərləri 12 Dek 2017 17:05:00 213 0

Azərbaycan Silahlı Qüvvələri beynəlxalq terrorçuluqla mübarizə aparacaq

Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir.

Son.az apa-ya istinadən xəbər verir ki, yenidən hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsinin 4-cu (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.

Maddənin 15-ci bəndinə əsasən isə Silahlı Qüvvələr beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsini də yerinə yetirəcək.