Vahid çağrı mərkəzi yaradılır


Digərləri 12 Dek 2017 14:55:00 208 0

Vahid çağrı mərkəzi yaradılır

2018-ci ilin yanvarından Azərbaycanda “155” vahid dəstək xidmətinin çağrı mərkəzi fəaliyyətə başlayacaq

2018-ci ilin yanvarından Azərbaycanda "155" vahid dəstək xidmətinin çağrı mərkəzi fəaliyyətə başlayacaq.

Son.az bildirir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Çağrı mərkəzi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir sıra struktur bölmələrini birləşdirəcək.

Məlumata görə, yeni çağrı mərkəzi vətəndaşların "Aztelekom" MMC, "Bakı Telefon Rabitəsi", elektron xidmətlər, elektron imza ilə bağlı müraciətlərinə cavab verəcək.