"Çölçü” filmi daha bir mükafata layiq görülüb


Digərləri 12 Dek 2017 13:54:59 134 0

"Çölçü” filmi daha bir mükafata layiq görülüb

Ekran əsəri Beynəlxalq Cult Filmlər Festivalının “Qızıl Tülkü” mükafatını qazanıb

Azərbaycan istehsalı olan “Çölçü” filmi daha bir mükafata layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən "Report"a  verilən məlumata görə, ekran əsəri Beynəlxalq Cult Filmlər Festivalının “Qızıl Tülkü” mükafatını qazanıb. 

Bildirilib ki, “Çölçü” filmi festivalda çox maraqlı qarşılanıb.

Ekran əsərinin rejissoru Şamil Əliyev festivalda bir çox tanınmış simalarla, dünya şöhrətli rejissorlarla da görüşüb.