Səfir: Heydər Əliyev Türk dünyasının ən böyük liderlərindən biridir


Digərləri 12 Dek 2017 12:00:00 277 0

Səfir: Heydər Əliyev Türk dünyasının ən böyük liderlərindən biridir

Heydər Əliyev Türk dünyasının ən böyük liderlərindən biridir.

Bakı. Ənvər Məmmədov - Heydər Əliyev Türk dünyasının ən böyük liderlərindən biridir. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. Səfir qeyd edib ki, Heydər Əliyev Azərbaycanın böyük lideri olmaqla yanaşı, bu ölkənin qurucu lideridir. Diplomat deyib ki, Heydər Əliyev Azərbaycan Sovet İttifaqının tərkibində olduğu dövrlərdən ölkəsinin gələcəyini qurmağa başlamışdı: "O, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra da, ən çətin günlərdə belə, Azərbaycana sahib çıxaraq bugünkü səviyyəyə gətirən bir liderdir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin