Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib


Digərləri 12 Dek 2017 09:36:00 354 0

Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib .

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) Ümummilli liderimiz, müasir Azərbaycanımızın qurucusu və əvəzolunmaz siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mərasimdə Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Mərasim ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov tədbir iştirakçılarını salamlayaraq onlara ümummilli liderin müdrik siyasəti, Vətən və dövlət qarşısındakı xidmətlərindən söz açıb və öz xatirəsində qalan dahi şəxsiyyətin xeyirxah əməllərindən danışıb.