Gələn ilin əsas kibertəhlükələri açıqlanıb


Digərləri 12 Dek 2017 08:59:00 189 0

Gələn ilin əsas kibertəhlükələri açıqlanıb

"Kasperski Laboratoriyası" şirkətinin 2018-ci ilin əsas kibertəhlükələri haqda proqnozuna görə texnoloji müəssisələr və proqram təminatı hazırlayanlar hakerlərin hədəf nöqtəsində olacaq.

Ekspertlər hesab edirlər ki, qanuni proqram istehsalçılarına edilən hücumların sayı artacaq.

Son.az ICTnews-a istinadən bildirir ki, proqnoza əsasən, zərərverici proqram təminatının texnoloji şəbəkədəki aktivliyindən yaranan zərər həmin proqram təminatı tərəfindən korporativ şəbəkədə yaradılan zərəri ötə bilər və texnoloji infrastruktura hücum zamanı personalın fəaliyyəti çox vaxt effektsizdir. Bu amillərin məcmusu sənaye sistemlərini haker hücumları üçün cəlbedici edir.

"Kasperski Laboratoriyası"nın proqnozuna görə, gələn il avtomobillərə qurulmuş əməliyyat sistemləri və fərdi tibbi qurğular hakerlərin hədəfində olacaq.

"Mütəxəssislərin fikrincə, 2018-ci ildə hakerlər internetə yeni qoşulmuş sistemlərə (məsələn, avtomobil və tibbi qurğular) hücum etməyə başlaya bilərlər. Məsələn, hakerlər avtomobil sahibinin smartfonunu yoluxdura və avtomobilin müxtəlif funksiyalarını idarə edən mobil proqramı manipulyasiya edə bilərlər.

Ekspertlərin qiymətləndirməsinə görə, gələn il internetə qoşulmuş tibbi qurğuların sayı 19 milyonadək artacaq. 100 milyon fitness treker daxil olmaqla tibbi qurğular hakerlərin maraq dairəsində olacaqlar. Belə qurğulara edilmiş hücumlar sahibin fərdi məlumatlarının oğurlanması ilə nəticələnə bilər ki, bu da pasiyentin həyatı üçün təhlükəlidir.