“Apple” 2017ci ilin ən yaxşı oyun və əlavələrini açıqladı


Digərləri 12 Dek 2017 08:15:00 236 0

“Apple” 2017ci ilin ən yaxşı oyun və əlavələrini açıqladı

"Apple" şirkəti "App Store" onlayn mağazasında ən populyar oyun və əlavələri müəyyən etməklə geridə qoymaqda olduğumuz 2017-ci ilin nəticələrini elan edib.

Son.az lent.az-a istinadən xəbər verir ki, "iPhone" istifadəçiləri arasında ən yaxşı əlavə yuxu və meditasiya üçün olan "Calm" əlavəsi olub. "Apple" smartfonlarının istifadəçiləri arasında ən populyar oyun isə "Splitter Critters" sayılıb.

Planşetlərə gəldikdə isə, burada ən populyar əlavə "Affinity Photo", ən yaxşı oyun isə "The Witness" düşündürücü oyunu olub.

Ən çox yüklənən əlavələr arasında "Bitmoji", "Snapchat", "YouTube", "Messenger", "Instagram" və "Facebook" da var. Ən çox yüklənən oyunlar arasında isə "Super Mario Run", "8 Ball Pool", "Snake VS Block", "Ballz, Word Cookies" və "Subway Surfers" mövcuddur.

Bu ilin trendləri isə əlavə reallıq, onlayn mobil oyunlar, həmçinin valideynlərə yardım etmək üçün nəzərdə tutulmuş əlavələr olub.