İsrail "Həmas"ın mövqelərinə raket zərbəsi endirib


Dünya 12 Dek 2017 07:32:01 287 0

İsrail "Həmas"ın mövqelərinə raket zərbəsi endirib

Bundan əvvəəl İsrail hərbçiləri Qəzza zolağından atılan raketi vurduqlarını bildiriblər

İsrail ordusu Qəzza zolağından edilən raket hücumuna cavab olaraq bölgənin şimal hissəsində "Həmas"ın mövqelərinə zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə yəhudi dövləti hərbçilərinin məlumatında deyilir.

"İsrailə endirilən raket zərbəsinə cavab olaraq tank və aviasiya qüvvələri "Həmas"ın Qəzza zolağının şimalındakı mövqelərinə hücum edib", — deyə məlumatda qeyd olunur.

Bundan əvvəəl İsrail hərbçiləri Qəzza zolağından atılan raketi vurduqlarını bildiriblər.