Bakıda 700 sərnişin avtobusu kart sisteminə keçəcək


Digərləri 11 Dek 2017 22:46:34 255 0

Bakıda 700 sərnişin avtobusu kart sisteminə keçəcək

Gələn ilin birinci rübündə Bakıda 700 sərnişin avtobusu gediş haqqının kartla ödənilməsi sisteminə keçəcək.

Son.az bildirir ki, bu barədə Trend-ə özəl olaraq Bakı Nəqliyyat Agentliyinin direktoru Vüsal Kərimli məlumat verib.

Qurum rəhbəri deyib ki, bununla da Bakıdakı avtobusların 50 faizi kart sistemi ilə işləyəcək: "Hazırda 19 marşrut üzrə 478 avtobus kart sisteminə keçib. Daha 700 avtobus da gələn ilin əvvəllərindən kart sisteminə keçəcək".