Zəif yeraltı təkanların baş verməsi müsbət haldır


Digərləri 11 Dek 2017 22:24:00 261 0

Zəif yeraltı təkanların baş verməsi müsbət haldır

Azərbaycan seysmoaktiv zonada yerləşir, tez-tez yeraltı təkanlar qeydə alınır. Buna görə də respublika ərazisində aktivlik müşahidə olunduğunu söyləmək düzgün olmaz. Əslində maqnitudası az olan belə zəlzələlərin baş verməsi müsbət haldır. Çünki yerin daxilində enerji boşalması baş verir. Əgər uzun müddət, yəni aylarla, illərlə yeraltı təkanlar olmazsa, o zaman zəlzələlər daha təhlükəli xarakter alar. Uzunmüddətli süstlükdən sonra yığılan gərginlik litosfer parçalanan zaman daha dağıdıcı təsirlərə səbəb olur.

Son.az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.