Son vaxtlar baş ağrıları niyə artıb?


Digərləri 11 Dek 2017 22:14:00 295 0

Son vaxtlar baş ağrıları niyə artıb?

Son zamanlar insanlar arasında baş ağrısı şikayəti xeyli artıb. Hətta günlərlə davam edən başağrılarını heç bir ağrıkəsici dərman da dayandıra bilmir. Bəs görəsən bir çoxlarının səhhətində rast gəlinən problemi ortaya çıxaran səbəblər hansılardır? Niyə son günlər baş ağrıları bu qədər artıb?

Son.az bildirir ki, nevropatoloq Rima İbadova ailem.az-a deyir ki, baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür: "Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifik yanaşma tələb olunur. Birincili baş ağrılarına tipik nümunə kimi miqreni misal göstərmək olar. Bununla yanaşı, gərginlik baş ağrısı, klaster baş ağrısı və digər trigeminal sefalgiyalar da var".

R.İbadova məlumat verir ki, gərginlik baş ağrıları birincili baş ağrılarının ən çox rast gəlinən növlərindən biridir. Bu zaman gicgah və ya ənsə nahiyəsində, bəzən isə bütöv başda orta intensivli ağrı qeyd edilir. Ağrı 30 dəqiqədən bir neçə günə qədər davam edə bilər. Yanaşı olaraq insanlarda "tələffüzün aydın olmaması", "aydın düşünə bilməmə" kimi hallar qeyd edilir. Bəzi hallarda baş ağrıları ilə yanaşı ürəkbulanma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlər də qeyd edilir.   Nevropatoloqun bildirdiyinə görə, son dönəmlərdə uzun müddət qapalı mühitdə işləmək, havasız qalmaq, monitorlu alətlərdən - telefon, planşetdən istifadə də baş ağrısı yaradır: "Bizim xroniki gərginliyimizə, psixoloji gərginləşməmizə bağlı olan baş ağrıları çoxalıb. Buna görə də həmin vasitələrdən istifadəni mümkün qədər məhdudlaşdırmaq lazımdır.