Azərbaycana gələn turistlərin sayı artıb


Digərləri 11 Dek 2017 19:24:00 269 0

Azərbaycana gələn turistlərin sayı artıb

Cari ilin 11 ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2 477 908 nəfər olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, onlardan 790 258 nəfəri Rusiya, 488 269 nəfəri Gürcüstan, 340 702 nəfəri İran, 275 147 nəfəri Türkiyə, 87 215 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 58 259 nəfəri İraq, 53 583 nəfəri Ukrayna, 32 644 nəfəri Səudiyyə Ərəbistanı, 351 831 nəfəri isə digər ölkələrin vətəndaşları olub.

Xarici vətəndaşlar daha çox iyul ayında gəlmişdir ki, bu da 313 515 nəfər olmuşdur.

Dövr ərzində ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ vətəndaşlarının xüsusi çəkisi daha çox olmuş və müvafiq olaraq 31,8 faiz, 19.7 faiz, 13.7 faiz, 11.1 faiz və 3.5 faiz təşkil edib.