Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin qızıl oğurladığı da üzə çıxdı


Digərləri 11 Dek 2017 19:00:00 285 0

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsin qızıl oğurladığı da üzə çıxdı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə,ŞPŞ-nin uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Eldost Mikayılov saxlanılıb. Onun üzərinə baxış zamanı 0,936 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Ətrafında aparılan tədbirlərlə E.Mikayılovun başqa bir cinayət törətdiyi də məlum olub. Belə ki, həmin şəxs cari il dekabrın 9-da şəhər ərazisindəki qızıl əşyalarının alışı və satışı mağazasına gələrək bir ədəd 600 manat dəyərində qızıl boyunbağını və 150 manat dəyərində qızıl üzüyü baxmaq adı ilə götürərək qaçıb.