Red Bull Car Park Drift 2017 Dünyanın ən güclüsü müəyyənləşdi FOTO VİDEO


Dünya 11 Dek 2017 17:50:00 337 0

Red Bull Car Park Drift 2017  Dünyanın ən güclüsü müəyyənləşdi  FOTO  VİDEO

İlin "drift kralı" Küveytdə bəlli oldu

Küveytdə "Red Bull Car Park Drift 2017"-nin finalı keçirilib.

Son.az xəbər verir ki, dekabrın 8-də Küveytin "SİRBB Circuit" trekində keçirilən yarışda Ön Asiya və Şimali Afrikadan 15 pilot iştirak edib. Kiçik dünya çempionatı hesab edilən yarışda Oman dritfçisi Rafat Al Yahya hakimlərdən ən yüksək xal alıb. O, "Nissan Sylvia" markalı avtomobili ilə 378 xal toplayaraq "driftin kralı" adına layiq görülüb.

Videonu izləmək üçün şəklə klikləyin:

İkinci yeri "BMW M3"lə iordaniyalı idmançı Osman Tikriti tutub. O, 372 xal toplayıb. "BMW M30"la 340 xal qazanan misirli sürücü Əhməd Hamadan Baxit isə yarışda üçüncü yerin sahibi olub.


Xəbərə aid fotolar