Bir gecədə 3 dəhşətli yanğın: 1 nəfər öldü, 2 ev kül oldu VİDEO FOTO


Digərləri 11 Dek 2017 17:09:00 255 0

Bir gecədə 3 dəhşətli yanğın: 1 nəfər öldü, 2 ev kül oldu  VİDEO  FOTO

Ölkənin müxtəlif rayonlarında ümumilikdə 3 yanğın hadisəsi baş verib. Bu yanğınlar zamanı 1 nəfər həyatını itirib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Şirvan şəhərində dəhşətli hadisə baş verib.

Ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğının kəşfiyyatı zamanı 60 yaşlı İlham Abdullayevin yanmış cəsədi aşkarlanıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 20 m² olan 1 otaqlı mənzildə 6 m² sahədə ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın, yanğın bölmələri tərəfindən söndürülüb.​

Qaxda baş verən yanğından bir ev külə dönüb.


Xəbərə aid fotolar