Evlənmək istəyənlərin 422sində sifilis, 103ündə QİÇS tapıldı


Digərləri 11 Dek 2017 16:29:00 279 0

Evlənmək istəyənlərin 422sində sifilis, 103ündə QİÇS tapıldı

"Bu il ərzində nikaha daxil olmaq üçün 127 173 nəfər müayinədən keçib ki, onların da 13 794 nəfərində talassemiya daşıyıcılığı, 422 nəfərdə sifilis, 103 şəxsdə isə QİÇS tapılıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Onun sözlərinə görə, bu il ailə həyatı qurmaq istəyən 38 cütlükdə talassemiya daşıyıcılığı aşkar edilib. Z.Əlimirzəyeva qeyd edib ki, noyabr ayında 10 738 nəfər nikaha daxil olmaq üçün müayinədən keçib. Müayinədən keçənlərin 325 nəfərində talassemiya daşıyıcılığı, 18 nəfərdə sifilis, 11 nəfərdə QİÇS aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 3 olub.