Bank sektoru ilə bağlı kollektiv saziş imzalanacaq


Digərləri 11 Dek 2017 12:29:14 293 0

Bank sektoru ilə bağlı kollektiv saziş imzalanacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) ilə banklar arasında görüş keçirilib.

Mİlli.Az xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, ABA-nın təşkilatçılığı ilə baş tutan görüşdə "Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Qeyri-işlək aktivlərin idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılması" tədbirinin icrası üzrə Dünya Bankı ilə birlikdə hazırlanmış "Bakı yanaşması"nın təqdimatı olub.

"Bakı yanaşması" əvvəlcədən müəyyən edilmiş parametrlər üzrə bankların balansında olan qeyri-işlək aktivlərin restrukturizasiyası və bu çərçivədə ABA, Palata və prosesdə iştirak etmək niyyətində olan banklar arasında Kollektiv sazişin bağlanılmasını nəzərdə tutur. Bu yanaşmanın əsas məqsədi hüquqi şəxslər, banklar və aidiyyəti şəxslər arasında razılaşma əldə edilməklə itkilərin azaldılması və hələ də sağlamlaşma imkanı olan bizneslərin lüzumsuz iflasının qarşısının alınmasıdır.