PAŞA Bank "The Banker" tərəfindən "İlin Bankı" adına layiq görülüb


Digərləri 11 Dek 2017 12:01:00 200 0

PAŞA Bank "The Banker" tərəfindən "İlin Bankı" adına layiq görülüb

PAŞA Bank "The Banker" tərəfindən "İlin Bankı" adına layiq görülüb .

Bakı. Beynəlxalq maliyyə jurnalı “The Banker” tərəfindən Londonda 18-ci “İlin Bankı” mükafatının təltif edilməsi mərasimi keçirilib. Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədən bu nüfuzlu mükafatın qalibi olub. Bu barədə Trend-ə bankdan məlumat verilib. Bu il bu mükafat dünyanın 140-dan çox ölkəsindən aparıcı banklara təltif edilib. PAŞA Bank ilə yanaşı, bu mükafat Raiffeisen Bank, Societe Generale, BNP Paribas v s. bu kimi beynəlxalq maliyyə təşkilatlarına da təltif edilib. PAŞA Bankın İdarə heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, belə bir nüfuzlu beynəlxalq mükafatın alınması ilk növbədə Bankın güclü maliyyə təşkilatı kimi tanınmasının təzahürüdür. "Artıq bu gün biz deyə bilərik ki, 2017-ci il üzrə əsas nailiyyətlərimiz biznes həcmlərinin aktiv şəkildə artırılması və kredit portfelinin yüksək keyfiyyətinin saxlanılmasından ibarət olmuşdur. Bunları nəzərə alaraq bu mükafata layiq görülməyimizi biz təkcə Bankın deyil, həm də bütün müştərilərimizin uğuru kimi qiymətləndiririk. Bu il ərzində PAŞA Bankda mənimsənilmiş “nou-xau” bizə və müştərilərimizə daha da səmərəli əməkdaşlıq qurmağa və tərəfdaşlığın yeni səviyyəsində çıxmağa yardım etmişdir", - deyə, T.Kazımov fikrini yekunlaşdırıb.