Daha bir Kardaşyan hamilədir FOTO


Digərləri 10 Dek 2017 22:30:00 290 0

Daha bir Kardaşyan hamilədir  FOTO

ABŞ-ın ən populyar realiti-şou ulduzu, pornoqrafik videoları yayılandan sonra məşhurlaşan Kim Kardaşyanın bacısı Kortni Kardaşyan 4-cü övladına hamilədir.

Son.az TMZ-yə istinadən bildirir ki, Kardaşyanlar ailəsindən bəhs edən "Keeping Up With The Kardashians" realiti-şousunun ulduzu, 38 yaşlı Kortni Kardaşyan bətnindəki övladının atasının kimliyini açıqlamayıb. İddialara görə, həmin şəxs 24 yaşlı bokçsu Yunis Bencimadır.

Kortni Kardaşyanın Meyson və Reyn adlı iki oğlu, Penelopa adlı qızı var.

Kortninin bacıları Kim Kardaşyan, Xloya Kardaşyan və Kayli Cenner də hamilədirlər.

37 yaşıl Kim Kardaşyan və reper Kanye Uestin ailələrində 3-cü uşaq doğulmalıdır.


Xəbərə aid fotolar