Salyanda qəza: xəsarət alanlar var


Digərləri 10 Dek 2017 20:29:00 217 0

Salyanda qəza: xəsarət alanlar var

Salyanda baş verən qəzada ər və arvad xəsarət alıb

Son.az Trend-ə istinadən bildirir ki, Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində minik avtomobili ilə yük maşını toqquşub.   Nəticədə Qaradağ rayon sakinləri, 1988-ci il təvəllüdlü Hüseynov Fuad Mirzə oğlu və onun həyat yoldaşı 1995-ci il təvəllüdlü Hüseynova Pərvanə Elxan qızı salyan rayon xəstəxansına çatdırılıb.   Faktla bağlı araşdırma aparılır.