Fiat yeni sedan Cronos təqdim edib FOTO


Digərləri 10 Dek 2017 20:05:00 339 0

Fiat yeni sedan Cronos təqdim edib  FOTO

Fiat şirkəti Cronos adlı yeni sedanın sirrini açıb. Avtomobil əsasən Cənubi Amerika bazarı üçün nəzərdə tutulub. Avtomobil hetçbek Argo-nun bazasında yığılıb və italyan brendinin model sırasında sedan Linea-nın yerini tutacaq. Yerli bazarda isə yenilik Honda City, Hyundai Verna və Volkswagen Virtus ilə rəqabət aparacaq.

Son.az auto.az-a istinadən bildirir ki, ıedanın dizaynı hetçbek Argo-nu xatırladır. Lakin avtomobil yeni bamperlər, hava çıxıntıları və radiator barmaqlığı alıb. Cronos, həmçinin diodlu optika və spoyler ilə təchiz edilib.

Sedan 1,3-litrlik benzin mühərrik alıb. O, 109 a.g.-ə malikdir və 5-pilləli mexaniki sürət qutusu ilə birgə işləyir. Müştərilərə, həmçinin 1,8-litrlik, 139 a.g.-ə malik, 6-pilləli avtomat sürət qutusu olan sedan da təklif ediləcək.


Xəbərə aid fotolar