Tbilisi Saakaşvilinin Gürcüstana ekstradisiyasını istəyir


Dünya 10 Dek 2017 14:40:00 310 0

Tbilisi Saakaşvilinin Gürcüstana ekstradisiyasını istəyir

Rəsmi Tbilisi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukraynadan ekstradisiyası barədə müraciətini ləğv etmək niyyətində deyil.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Gürcüstan mədəniyyət naziri Mixail Qeorqadze bildirib.

M.Qeorqadze deyib ki, heç kim M.Saakaşvilinin ekstradisiyası barədə müraciəti ləğv etmək niyyətində deyil, eyni zamanda Gürcüstandan Ukraynaya bu barədə yeni müraciət göndərilməyib: "Mixeil Saakaşvilinin Kiyevdə saxlanılmasına gəlincə, Ukrayna tərəfinin konkret məsələ ilə bağlı konkret sualları var".