Azərbaycanda "Formula-1" yarışlarına gələn tamaşaçıların sayı əhəmiyyətli dərəcədə artıb


Digərləri 10 Dek 2017 14:02:46 258 0

Azərbaycanda "Formula-1" yarışlarına  gələn tamaşaçıların sayı əhəmiyyətli dərəcədə artıb

2017-ci ildə "Formula-1" Grand Prix tamaşaçılarının sayı orta hesabla 8 faiz çoxalıb

Bakı. 2017-ci ildə "Formula-1" Grand Prix tamaşaçılarının sayı orta hesabla 8 faiz çoxalıb. Trend-in "Formula-1" rəsmi saytına istinadən verdiyi məlumata görə, statistika göstəricilərinə əsasən, ümumi tamaşaçı sayı 4 milyon nəfəri keçib. Nisbi rəqəmlərdə ən yüksək göstəricilərə nail olan ölkə isə Azərbaycan olub. Belə ki, Azərbaycanda ötənilki mövsümlə ilə müqayisədə yarışlara gələn tamaşaçı sayı iki dəfə artıb.