Ərəb Dövlətləri Liqasıdan ABŞa TƏLƏB: qərarı ləğv et


Dünya 10 Dek 2017 09:19:27 247 0

Ərəb Dövlətləri Liqasıdan ABŞa TƏLƏB: qərarı ləğv et

Ərəb Dövlətləri Liqası (ƏDL) ABŞ-dan Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasına dair qərarı ləğv etməyi tələb edib. 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ƏDL ölkələrinin XİN rəhbərlərinin Qahirədə keçirilən toplantısının yekunlarına dair bəyanatda bildirilir.  

"Şura ABŞ-dan Yerusəlimə dair qərarı ləğv etməyi və beynəlxalq ictimaiyyətlə birlikdə İsraili BMT-nin qətnamələrinin icrasına məcbur etdirməyi, 1967-ci ilin iyunun 4-də zəbt olunmuş Fələstin və ərəb ölkələrinin ərazilərinin işğalına son qoymağı tələb edib", - deyə bəyanatda qeyd olunur.