Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib (FOTO)


Digərləri 09 Dek 2017 23:40:16 244 0

Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib (FOTO)

Dekabrın 9-da Naxçıvan Muxtar Respublikasında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycan səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bakı. Dekabrın 9-da Naxçıvan Muxtar Respublikasında Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycan səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib. Trend-in məlumatına görə, konfrans Səhiyyə Nazirliyinin dəstəyilə Bakı Ürək Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən təşkil olunub. Konfransa sədrlik edən, millət vəkili Rəşad Mahmudov dövlətimiz tərəfindən son illər Azərbaycan səhiyyəsinə diqqətin artırılması nəticəsində bir sıra uğurlara nail olunduğunu bildirib.